Cümə axşamı , 6 Mart 2025
Drone Cameras

Putin və Zelenski G20-nin samitində iştirak edəcəklər

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski G20-nin samitində iştirak edəcəklər.

Boyukmillet.com xəbər verir ki, Rusiya Prezidenti noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitində iştirak dəvətini qəbul edib. Ukrayna Prezidenti Vladimir Zelenski də bir müddət əvvəl sammitdə iştirak dəvətini müsbət qarşılayıb.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinin sammitdə iştirakını təsdiqləyib: “Bəli, təsdiq etdik ki, iştirakımız nəzərdə tutulub”.

Eyni zamanda, Uşakov Putinin bu tədbirə şəxsən qatılacağı və ya videobağlantı vasitəsilə iştirak edəcəyi sualına dəqiq cavab verə bilməyib.

“Bilmirəm, onlar hələ şəxsən dəvət edirlər, amma çox vaxt var, ümid edirəm ki, pandemiya bu mühüm forumun əyani keçirilməsinə imkan verəcək, ancaq təxmin etməkdən ehtiyatlanıram”, – o əlavə edib.

Check Also

Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”ndə 1 323 mənzilin inşası bitib, açarlar təqdim olunacaq

Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi”ndə 1 323 mənzilin inşası bitib, açarlar təqdim olunacaq. Boyukmillet.com xəbər verir ki, …