Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Qəbələdə karantin qaydalarını pozan hazırlıq mərkəzi aşkarlanıb – FOTO

Qəbələ Rayon İcra Hakimiyyəti və Polis Şöbəsi əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində şəhər ərazisində karantin qaydalarını pozaraq, gizli fəaliyyət göstərən özəl uşaq hazırlıq mərkəzi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Open.az-a verilən məlumata görə, dərhal həmin mərkəzin fəaliyyəti dayandırılıb. Obyekti işlədənə, uşaqların valideynlərinə və müəllimlərə ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri izah olunub.

Qaydaları pozduqları üçün həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Qəbələdə karantin qaydalarını pozan hazırlıq mərkəzi aşkarlanıb - FOTO

Check Also

Burada maşınların hərəkəti tamamilə qadağan ediləcək

İçərişəhər qoruq ərazisində nəqliyyatın hərəkət sxemi yenilənir.  Boyukmillet.com xəbər verir ki, bu barədə İçərişəhər Dövlət …