Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Qərb ölkələrinin liderləri Nikol Paşinyana xəbərdarlıq edib

Ermənistanda Rusiyanın reytinqi aşağı düşüb.

Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanda dərc olunan “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazıb.

Məlumata görə, Rusiyanın İrəvandakı səfirliyi bu yaxınlarda Ermənistanda ictimai rəy sorğusu keçirib və biabırçı nəticələr əldə olunub. Məlum olub ki, 2018-ci ildə baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsindən əvvəl Ermənistan vətəndaşlarının 70 faizdən çoxu strateji tərəfdaş kimi Rusiyaya müsbət münasibət bəsləyirdisə, indi bu rəqəm iki dəfə azalıb və 40 faizə düşüb.

Nəşrin yazdığına görə, bu fakt Kremldə ciddi narahatlığa səbəb olub: “Lakin Rusiya rəhbərliyi indiyə qədər nə edəcəklərini bilmirlər və kəskin tədbirlər görməyəcəklər. Çünki Ermənistan vətəndaşlarının Qərbə münasibətində də ciddi irəliləyiş yoxdur. Sorğuların nəticəsinə görə, Ermənistan vətəndaşları arasında İrana inam səviyyəsi artıb”.

Qəzetin başqa bir məqaləsində isə bildirilib ki, Qərb ölkələri Ermənistanın baş naziri Nikol Paşinyana Rusiyaya dəstək olmamaq barədə xəbərdarlıq ediblər.

Məlumata görə, bununla bağlı Qərb dövlətlərinin liderləri ilə Ermənistanın hökumət başçısı arasında ciddi müzakirələr olub. N.Paşinyana Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların təsirinin azldılmasına dəstək olmamaq barədə ciddi xəbərdarlıq edilib: “Paşinyan bununla razılaşıb. Halbuki bu addım nəticəsində ölkəyə maliyyə axını dayanacaq və erməni iş adamları əziyyət çəkəcəklər”.

Qeyd edək ki, son vaxtlar xüsusilə rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) narazılığı fonunda Ermənistanla Rusiya arasında münasibətlər gərginləşib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …