17 sentyabr 1919 – cu ildə Türkiyədə, İqdırın Hakmehmed kəndində baş verən soyqırımın xatirə günü Qərbi Azərbaycan İcmasının üzvləri həmin kənddəki şəhidliyə baş çəkib, həmin dəhşətli soyqırım zamanı şəhid olan insanların xatirələrini yad ediblər.__ xəbər verir ki, bu barədə təmsilçiliyin mətbuat xidmətindən verilən informasiyada belə deyilir. Mətbuat xidmətinin verdiyi məlumata görə, Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Dərya Akdemir və təmsilçiliyin əslən qərbi Azərbaycandan olan digər üzvləri Hakmehmed kəndində soyqırım qurbanlarının xatirəsinə salınan şəhidliklə tanş olublar və ərazidə təmizlik işləri aparıblar. Daha sonra təmsilçilik üzvlərinin bundan sonra da davamlı olaraq şərqi Anadoluda ermənilərin qətlə yetirdiyi insanların uyuduğu torpaqları ziyarət edəcəklərini bildirən Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Dərya Akdemir həmin ziyarətlərin məhz Hakmehmed kəndindən başlamalarının xüsusi simvolik bir məqsədi olduğunu deyib. D.Akdemir bildirib ki, bu kənddə qətlə yetirilənlərin demək olar ki, hamısı “qaçhaqaç” dediyimiz dövrdə, qərbi Azərbaycandan qardaş Türkiyə sərhədlərinə sığınan insanlardır və bu insanların başına gələnlər bəlkə də dünyanın heç br yerində yaşanmayıb: “Düşünün, soyqırımdan canını qurtarıb başqa bir yerə pənah gətirirsən və bir neçə il sonra pənah gətirdiyin yerdə də yenə eyni soyqırımla üz – üzə qalırsan. Bu gün bu şəhidlikdə uyuyan bəzi qaynaqlara görə 83, bəzi qaynaqlara görə isə 51 şəhidin tək suçu məncə Türk olmaları idi, müsəlman olmaları idi. Diri – diri yandırılan, haqsız işgəncələrə məruz qalaraq qətlə yetirilənlər ermənilər tərəfindən qətlə yetirilən digər soydaşlarımız kimi dünyanın gecikmiş ədalətinin bir gün bərpa olunacağını gözləyir. Narahat ruhları bizi əməli işə səsləyir. Qoy ruhları şad olsun, biz Qərbi Azərbaycan İcmasının Ankara təmsilçiliyi olaraq hər zaman onların qəsb edilmiş hüquqlarının, əllərindən alınan həyatlarının müdafiəçisi olacağıq. Bilirsiniz ki, əslən qərbi Azərbaycandan olan soydaşlarımızın böyük əksəriyyəti cənnət Türkiyəmizin sərhəd qapısı İqdıra yerləşiblər. Mən bu məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili, dəyərli ziyalımız Əziz Ələkbərli ilə və eyni zamanda icmamızın digər dəyərli ziyalıları ilə mütəmadi olaraq müzakirələr aparıram. İnşaallah, bu yaxınlarda bu ərazilərə köç edən qərbi azərbaycanlıların da haqq səslərini dünya eşidəcək. Bu gün bu şəhidlikdə uyuyan şəhidlərimizə isə Allahdan rəhmət diləyirəmj. Qoy ruhları bizim yardımçımız olsun”.
Sonda şəhidlərimizin ruhuna dualar edilib.
Check Also
İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb
“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …