Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Veteran Təşkilatından Səfər Əbiyevin adamına cavab

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılovun “Hüriyyət” saytına verdiyi müsahibədə onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov bildirib ki, Eldar İsmayılovun onun barəsində səsləndirdiyi fikirlər yalandır, heç bir əsası yoxdur.


“Eldar İsmayılovun mənim haqqımda səsləndirdiyi fikirləri təkzib edirəm. Onun sözləri yalandır və qərəzlidir. Mənim adımı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovla hallandırır. Məni Veteranlar Təşkilatına Əli Həsənov deyil, mərhum general-mayor Mustafa Nəsirov gətirib”.


Cəlil Xəlilov bildirib ki, Eldar İsmayılov vaxtı ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında təmsil olunsada, sonradan Təşkilatdan uzaqlaşdırılıb. Cəlil Xəlilov hesab edir ki, Eldar İsmayılovun ona qarşı qərəzli münasibətinin bir səbəbi də bununla bağlıdır: “Eyni zamanda Eldar İsmayılov keçmiş Müdafiə naziri Səfər Əbiyevlə yaxın münasibətləri var.

Bu yaxınlarda mətbuatda Səfər Əbiyevin Veteranlar Təşkilatının sədrliyinə gətirilməsi üçün işlərin aparıldığı, bu məqsədlə öncədən Əbiyevə yaxın adamların təşkilata yerləşdirilməsinə çalışıldığı barədə məlumat yayılıb”.


Təşkilat rəsmisi bildirib ki, bu müsahibə Veteranlar Təşkilatını ələ keçirməkdə maraqlı olan qüvvələrin kimlər olduğunu bir daha göstərir.

Check Also

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım – FOTO

“Mən və atam teraktdan zərərçəkənlər üçün 100 milyon köçürdük”. Boyukmillet.com bildirir ki, bu sözləri Xalq artisti …