Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Qəza ilə bağlı birgə istintaq qrupu YARADILDI

Azərbaycan, Türkiyə və Gürcüstan Türkiyəyə məxsus “C-130” tipli hərbi təyyarənin Gürcüstanda qəzaya düşməsi ilə bağlı birgə istintaq qrupu yaradıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladze məlumat verib.

Onun sözlərinə görə, Türkiyədən gələn mütəxəssislər bütün gecə qəza yerində işləyiblər və araşdırma prosesinə qoşulublar.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 275.4-cü maddəsi “Hava nəqliyyatının təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan tələfatı” bəndi üzrə cinayət işi açıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …