Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub – RƏSMİ

Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan Azərbaycan vətəndaşlarının Türkiyəyə geri qayıtması nəzərdə tutulur.

Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, saxlanılan şəxslər arasında olan 2 nəfər Azərbaycan vətəndaşı – Pərvin Əzimov və Orxan Səmədzadə gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar.

“İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur” – XİN rəsmisi bildirib.

Check Also

İranda neft anbarına zərbə endirilib, ölən və yaralananlar var

İsrailin İranın Fərdis şəhərindəki neft anbarına hücumu zamanı 6 nəfər ölüb, 21 şəxs yaralanıb. Boyukmillet.com …