Gənc Diaspor fəalı Elman Əzizovun 30 yaşı tamam olması münasibətilə İSBAM sədri, BDM sədrinin birinci müavini Samir Adıgözəlli təbrik edib.
Bu gün mənə doğma olan bir gəncin, Elman Əzizovun doğum günüdür. Gənclik həyatının ən gözəl çağlarından biri olan və həyatda önəmli bir dövrə qədəm qoyduğu 30 yaşını tamamlayır. 10 ildən artıqdır gözümün önundə, yanımda addımlayan Elmanı vətən sevgisinə, bayrağımıza məhəbbət hissinə görə fanatik bağlı olan bir insan kimi gəncliyimizə nümunə göstərərdim. Zəhmətkeş, nümunəvi ailədə dünyaya göz açan Elman tərbiyəsinə, mehribançılığına, insanlarla ünsiyyətinə görə də dostluğa bir dəyərdir. Onun ən böyük arzusu ali məktəbə daxil olmaq, təhsil alıb vətənə xidmət etməkdir. Şükürlər olsun ki, ondan asılı olmayan səbəblərdən baş verən probləmlər də arxada qaldı və bu gün o Türkiyədə təhsilini davam etdirməkdədir. Bununla bərabər Azərbaycanımızın tanıdılması, diasporumuzun fəaliyyətinə dəstək göstərilməsi, demək olar ki bütün milli məsələlərdə yaxından iştirak edir, öz əməyini əsirgəmir.
Əzizim Elman sənin anadan olmağının 30 illiyi münasibətilə ürəkdən təbrik edirəm, tutduğun müqəddəs yolda və şəxsi həyatında böyük uğurlar arzulayıram. Qəlbində var olan Azərbaycan eşqi, Turan eşqi daim olsun.
Doğum günün qutlu olsun.
Hörmətlə:
Samir Adıgözəlli
boyukmillet.com saytının kollektivi adından da Elman Əzizovu təbrik edirik.