Şənbə , 27 Aprel 2024
Drone Cameras

Qırğızıstanın bir sıra KİV-ləri ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar məqalələr yayıb

Qırğızıstanın “Kabar” milli informasiya agentliyi, “CA-News” portalı və “For.kg” xəbər saytı ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar geniş məqalələr yayıb.

Boyukmillet.com azertac-a istinadən xəbər verir ki, məqalələrdə ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna xidmətləri haqqında məlumatlar verilir. Yazılarda Ulu Öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi vaxtlarda əldə olunan uğurlar haqqında söhbət açılır.

Ümummilli lider Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğu vurğulanır, o, dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik dövlət xadimi kimi xarakterizə edilir. Bildirilir ki, müstəqil Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində Heydər Əliyevin müstəsna xidmətləri olub. Böyük dövlət xadimi Heydər Əliyev qırğız xalqına da xüsusi diqqət və qayğı ilə yanaşıb.

Yazılarda fenomen şəxsiyyət Heydər Əliyevin təkcə Azərbaycan xalqı deyil, bütövlükdə türk dünyası qarşısındakı xidmətlərindən bəhs edilir.

Məqalələrdə, həmçinin dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıtması, ölkəni böhrandan xilas etməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və digər məsələlər əks olunur.

Qeyd edək ki, Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Bişkekdə akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara məlumatlar toplusu göndərilib.

 

Boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir