Şənbə , 6 Dekabr 2025
Drone Cameras

“Qarabağ” Azərbaycan çempionatında 30 oyundan sonra qol vura bilməyib

“Qarabağ”ın qollu oyunlar seriyası qırılıb.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Premyer Liqasının ardıcıl 30 matçında qol vuran Ağdam klubu XXXII turun “Sumqayıt”la görüşündə rəqib qapısına yol tapmayıb – 0:1.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv cari mövsüm bunadək yalınız ilk turun “Zirə” ilə görüşünü qolsuz tərk etmişdi. Həmin matç da eyni hesabla bitib.

Ardıcıl 30 qarşılaşmada qol vurmaq Azərbaycan çempionatları tarixində ikinci göstəricidir. “Qarabağ” 1993-1995-ci illərdə ardıcıl 33 oyunda qol sevinci yaşayan “Turan”ın rekordunun üç addımlığında dayanıb.

Check Also

“Qarabağ” dünya reytinqində daha 17 pillə irəlilədi

“Qarabağ” klubu dünya reytinqində daha 17 pillə irəliləyib. Boyukmillet.com -un məlumatına görə, bu, Beynəlxalq Futbol …