Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Qarabağ və Şərqi Zəngəzurda minadan təmizlənən ərazilərin sahəsi açıqlanıb

Ötən həftə Qarabağ və Şərqi Zəngəzurda 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bu barədə “Report”a Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildiirlib ki, yanvarın 9-dan 14-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı 1 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Check Also

Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbərinin məhkəməsi başlayır

Qanunsuz orden və medal hazırlamaqda ittiham olunan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” …