Bazar , 8 Mart 2026
Drone Cameras

Qarabağa gedən Türkiyə vətəndaşları Azərbaycana təhvil verilə bilər

Türkiyənin Bakıdakı səfiri Erkan Özoral işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən bir qrup Türkiyə vətəndaşının Azərbaycana təhvil verilib-verilməyəcəyi barədə məsələyə aydınlıq gətirib.

Səfir Qarabağa edilən səfərlə bağlı Türkiyə XİN və Ədliyyə Nazirliyinin müvafiq bəyənatla çıxış etdiyni bildirib.

“Bu səfəri bir qrup Türkiyə vətəndaşı rəsmi qurumları xəbərdar etmədən şəxsi təşəbbüsləri ilə həyata keçiriblər. Dövlətimiz bunu qətiyyətlə pisləyir və qınayır. Səfərin Türkiyənin dövlət siyasəti və rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur”.

Diplomat barələrində cinayət işi açılan şəxslərin Azərbaycana təhvil verilməsi haqda suala cavabında bildirib ki, bu, hüquqi prosesdir: “Öncə Azərbaycan tərəfinin tələbinin Türkiyənin müvafiq orqanlarına çatdırılması lazımdır. Bundan sonra məsələ dəyərləndiriləcək. Hüquqi müstəvidə lazım olan addımlar atılacaq”. 

Check Also

Trampdan İran açıqlamaları: Tehranla danışıqlar olmayacaq, İranın xəritəsi dəyişə bilər

Ağ Ev rəhbəri Donald Tramp İranın münaqişəni sülh yolu ilə həll etmək istədiyini, lakin ABŞ-ın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir