Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Qarabağda cinayətlər törətmiş generalla bağlı qərar dəyişdi

Üç ildən artıqdır ki, həbsdə olan Qarabağ separatçısı, işğalçı komandanı, general-leytenant Mikael Arzumanyanın barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib.

Boyukmillet.com bu barədə erməni mediasına istinadən bildirir.

Onun vəkili Yerem Sarkisyan sosial şəbəkədə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin Arzumanyanı ev dustaqlığına buraxdığını açıqlayıb.
M.Arzumanyan 2020-ci ilin 44 günlük müharibəsi zamanı səhlənkarlıqda ittiham olunur.

Qeyd edək ki, 2022-ci ilin 30 avqustunda həbs olunsa da, sonradan sərbəst buraxılan cani Arzumanyan bir gündən sonra saxlanılmış və barəsində həbs qərarı çıxarılmışdı.

M.Arzumanyan 2020-ci ilin oktyabrından 2021-ci ilin sentyabrına qədər Qarabağdakı qondarma rejimin “müdafiə naziri” kimi fəaliyyət göstərib və Azərbaycana qarşı cinayətlərə imza atıb.

Check Also

Gəncədə “qara bazar”da qiyməti 1,6 milyon manat olan 27 kq heroin aşkarlanıb

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Bu …