Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Qarabağın erməni sakinləri sənədləri yoxlanıldıqdan sonra Xankəndi-Gorus istiqamətində maneəsiz keçirlər – VİDEO – EKSKLÜZİV

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi vasitəsilə erməniəsilli şəxslər heç bir maneə olmadan istifadə edirlər.

“Report”un əldə etdiyi videodan da göründüyü kimi, sərhəd-buraxılış məntəqəsində Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin sənədləri yoxlanılır və onların Xankəndi-Gorus istiqamətində rahat gediş-gəlişi təmin olunur.

Sənədləri yoxlanıldıqdan sonra erməniəsilli şəxslərin sərbəst hərəkəti təmin edilir.

Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Check Also

Sabunçuda 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu

Göyüşovların Azərbaycandan Almaniyaya qədər uzanan biznes şəbəkəsi İpoteka və Kredit Zəmanət Fondu “Satmaq öhdəliyi ilə …