Bazar , 11 Yanvar 2026
Drone Cameras

“Qarabağ”ın mükafatlandırılacağı stadion bəlli olub

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün qalibi olan “Qarabağ”ın qızıl medalları XXXVI turun oyunundan sonra təqdim olunacaq.

Boyukmillet.com xəbər verir ki, təltifetmə mərasimi “Azərsun Arena”da baş tutacaq.

Cari mövsümün son turunda “Araz-Naxçıvan”la üz-üzə gələcək “köhlən atlar” matçdan sonra qızıl medal və kubokla mükafatlandırlacaq.

Görüşün protokolunda ev sahibi Naxçıvan təmsilçisi göstərilsə də, qarşılaşma Ağdam klubunun stadionunda keçiriləcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Qarabağ” görüşü mayın 26-da reallaşacaq.

Check Also

“Qarabağ” dünya reytinqində daha 17 pillə irəlilədi

“Qarabağ” klubu dünya reytinqində daha 17 pillə irəliləyib. Boyukmillet.com -un məlumatına görə, bu, Beynəlxalq Futbol …