Şənbə , 20 Aprel 2024
Drone Cameras

Qars baş konsulumuz Elazığdakı zəlzələdən zərərçəkən soydaşlarımızdan danışdı..

Qarsdakı baş konsulumuz Nuru Quliyev Moderator.az-a açıqlamasında Türkiyənin Elazığ bölgəsində baş vermiş güclü zəlzələdən sonra orada yaşayan Azərbaycan vətəndaşlarının evakuasiyası ilə bağlı aşağıdakıları bildirib:
“Elazığ bölgəsi Qars Baş Konsulluğunun xidməti ərazisinə daxil deyil, amma buna baxmayaraq müvafiq tədbirləri biz öz növbəmizdə görürük. O cümlədən də tələbələrimizin də koordinasiya olunmasına öz töhfəmizi veririk və həmçinin də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəhbərinin tapşırığıyla ora avtobuslar istiqamətləndirilib. Ordakı sənədi çatışmayan tələbələrimizin isə Baş konsulluqda problemi həll olunacaq və onlar müvafiq sənədlə, əsas da pasportla təmin olunacaqlar. Çünki zəlzələ nəticəsində sənədlərini itirən tələbələrimiz var. Tələbələrimizin sayı hazırda müəyyənləşdirilir və bildiyimiz qədəriylə zəlzələ bölgəsində 100-ə yaxın tələbəmiz var. Onlarla yanaşı, ehtimal olunur ki, bizim sıravi vətəndaşlarımız da ola bilər. Son məlumat odur ki, tələbələr ordan avtobusla Naxçıvana gətiriləcək və oradan da xüsusi reyslə Bakıya göndəriləcək. Orda tələbələrimizdən ibarət koordinasiya qrupu yaratmışıq və onlarla işləyirik”.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …