Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Turistləri Qəbələyə aparan avtobus qəzaya düşdü: Ölən və yaralılar var

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var. Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb.

(APA)

Check Also

Elmar Məmmədyarovun bağı ilə bağlı QALMAQAL

Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0.24 hektarlıq bağ sahəsilə əlaqədar qalmaqal yaranıb. …