Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin keçmiş rəhbəri istintaq altındadır

Qazaxıstanın İqtisadi və Korrupsiya Cinayətkarlığı ilə Mübarizə Agentliyinin keçmiş sədri Kayrat Kojamjarovun rəhbər vəzifələrdə olduğu müxtəlif dövrlərdə səlahiyyətlərini aşması, həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması faktları üzrə istintaq başlanıb.

“Report”un Qazaxıstan bürosunun Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bütün cinayət işləri üzrə xüsusi prokurorların rəhbərliyi altında istintaq-əməliyyat qrupları yaradılıb.

Qazaxıstan Respublikası Cinayət Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq digər məlumatlar açıqlanmır.

Check Also

Gürcüstanda Azərbaycan və Ermənistanı birləşdirəcək yol layihəsi üzrə tenderlər ləğv edilib

Gürcüstan Yol İdarəsi Rustavi–Tsiteli körpüsü və Alqeti–Sadaxlı avtomobil yollarının tikintisi ilə bağlı elan edilmiş beynəlxalq …