Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Qazaxıstanın paytaxtının adı yenidən Astana olub

Qazaxıstan paytaxtının adı dəyişdirilib və yenidən Astana adlandırılıb.

Boyukmillet.com  Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq konstitusiya dəyişikliyini təsdiqləyib.

Xatırladaq ki, 1997-ci ilə qədər Qazaxıstanın paytaxtı Almatı şəhəri olub. Həmin il ölkənin mərkəzi şəhəri Akmolaya köçürülüb. 1998-ci ildə paytaxtın adı dəyişdirilib və Astana adlandırılıb. 

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin istefasından sonra 2019-cu ildə Kasım-Jomart Tokayevin təşəbbüsü ilə paytaxtın adı Nur-Sultana dəyişdirilmişdi. 

Xatırladaq ki, N.Nazarbayev 1991-2019-cu illərdə Qazaxıstana rəhbərlik edib. 

Check Also

Türkiyə MN Qara dənizdə dron hücumları ilə bağlı xəbərdarlıq edib

Türkiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyinə risk yaranmaması ilə bağlı tərəfdaşlarla danışıqlar aparır və zəruri xəbərdarlıqlar …