Cümə , 17 Aprel 2026
Drone Cameras

Qazi Arif Məhərrəmov müalicə aldığı xəstəxanada ziyarət edilib

Deputat Razi Nurullayev bu gün Qarabağ qazisi, Çeçenistanın ilk fəxri vətəndaşı, sağlamlığını torpaq və ölkə uğrunda qurban vermiş, bu gün isə diqqətsizlikdən şikayətlənən Arif Məhərrəmovu müalicə aldığı xəstəxanada ziyarət edib.

Boyukmillet.com xəbər verir ki, deputatla görüşdə qazi xalqdan, dövlətdən mənəvi dəstək, diqqət istədiyini deyib.

Vətən uğrunda sağlamlığını qurban verən Arif Məhərrəmov unudulmaq istəmir.

O, hazırda Sabunçu xəstəxanasında müalicə alır.

Qeyd edək ki, Arif Məhərrəmov Azad Qafqaz Beynəlxalq İctimai- Siyasi Təşkilatin Azərbaycan nümayəndəsi, Qarabağ qazisi, Çeçenistanin ilk fəxri vətəndaşı və Millət Qəhrəmanıdır.


Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …