Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 9-u gündüzədək davam edəcək

Axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətin məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Balakən, Qax, Qrız, Sabirabad, Yevlax, Tərtər, Şahdağ, Şəki, Zaqatala, Ağstafa, Şəmkir, Naftalan, Daşkəsən, Sədərək, Şərur, Naxçıvanda 2 mm-dək olub.

Gədəbəy rayonunun Zəhmət kəndində saat 18:35-18:45 radələrində diametri 4-6 mm, Quba rayonunun Qudyalçay-Qımıl məntəqəsinə isə saat 20:28-20:32 radələrində xırda dənəli dolu düşüb.

Qərb küləyi Naxçıvanda və Naftalanda arabir 20 m/s, Mingəçevirdə 16 m/s -dək güclənib. Şahdağ, Lerik, Qrızda duman müşahidə olunub.

Havanın temperaturu iyunun 4-də iqlim normasından 4.7 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvanda 35, dağlıq rayonlarda 29, yüksək dağlıq ərazilərdə 16, Aran rayonlarında 35 dərəcəyədək isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 9-u gündüzədək davam edəcək. Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsaən dağlıq və dağətəyi rayonlarda yağıntıların intensiv və güclü olacağı ehtimalı var.
Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Check Also

Xidmət rəisi: Azərbaycan ərazisindən köçəri quşların ən böyük miqrasiya yollarından biri keçir

Ümumdünya Köçəri Quşlar Günü 2006-cı ildən etibarən ildə iki dəfə – may və oktyabr aylarının …