Cümə , 10 May 2024
Drone Cameras

QHT-lər Kərəm Həsənova müraciət edəcəklər

QHT Agentliyinin son aylardakı fəaliyyətindən narazı olan QHT-lər Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənova müraciət edəcəklər!

Boyukmillet.com xəbər verir ki, bu haqda məlumatı “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova öz feysbuk hesabında paylaşıb.

Paylaşımı sizlərə təqdim edirik:

Bildiyimiz kimi Prezident Administrasiyasında Dövlət nəzarəti məsələləri şöbəsi fəaliyyət göstərir. Həmin şöbəyə cənab Prezidentin köməkçisi Kərəm Həsənov rəhbərlik edir. Əgər aylardır Administrasiyasının QHT və kommunikasiya şöbəsi bizim şikayətləırimizi qəbul etmirsə, şikayətlərimizə məhəl qoymursa, QHT Agentliyinin icraçı direktorunun qanunsuz hərəkətləri günü-gündən əndazəni aşırsa, heç bir ölçüyə sığmırsa, heç olmasa Vətəndaş Cəmiyyətində baş verənləri həmin şöbə öz nəzarətinə götürsün.

Heç də sirr deyil ki, Aygün Əliyeva ilk növbədə vaxtilə Binəqədi RİH-də Humanitar məsələlər üzrə müavin işlədiyi zaman həmin rayonda himayədarlıq etdiyi bağça müdirəsinin yüksək rütbəli qardaşına, həmçinin Prezident Administrasiyasında onu qoruyan havadarlarına güvənir!

Bu isə dövlətə qarşı təhqir deməkdir! İndi susqunluq nümayiş etdirən QHT-lər zaman gələcək dillənəndə artıq gec olacaqdır. Bunu QHT Şurası dağılanda görmüşük, axı… Belə tale sizi də gözləyir, dəyərli həmkarlar.

Bu məsələnin həllində biz cənab prezdentimizə , Mehriban xanıma çox güvənirik!

İnanırıq ki, nə qədər gizlətməyə çalışsalar da tezliklə bu məsələlər onlara çatacaqdır. Mən buna inanıram.

Check Also

“Azərbaycanda insan hüquqları sahəsində problemlər var”

“Azərbaycanda demokratiya, insan hüquqları sahəsində ciddi problemlər var və bununla bağlı da beynəlxalq qurumlar tərəfindən …