Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

Türkiyənin 11 dərnək rəhbəri Ermənistanın törətdiyi təxribatlarla bağlı bəyanat yayıb

Türkiyədə fəaliyyət göstərən dərnək rəhbərləri işğaldan azad olunmuş ərazilərimizdə Ermənistanın son günlər törətdiyi təxribatlarla bağlı bəyanat yayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə AJMEDIA-ya İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Mərkəzinin sədri Samir Adıgözəlli məlumat verib.

O qeyd edib ki, rəhbərlik etdiyi ictimai qurum da daxil olmaqla 11 qeyri hökumət təşkilatı bəyanatı Kocaeli Milli Təşkilatlar Birliyi adı altında yayıb. Bəyanatda qeyd olunub ki, Qarabağda erməni işğalçı qüvvələrinin Azərbaycan Ordusuna qarşı 44 günlük döyüşdə məğlubiyyətə uğramasından sonra bağlanan sülh müqaviləsini pozan qanunsuz erməni silahlı birləşmələri bölgədə təxribatlar törədir. Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin istifadəsinə maneələr yaradırlar. Bundan başqa Ermənistanın Azərbaycan dövlətinin Qarabağda qalan ermənilərə göstərdiyi humanitar yardımın qarşısını kəsməsi və Azərbaycan dövlətinin təklif etdiyi təhlükəsiz marşrut əvəzinə alternativ yollar yaratmağa çalışması qərəzli davranışdır.

Bəyanatda həmçinin bildirilib ki, Ermənistanın hərbi birləşmələrinin ABŞ ilə müştərək təlimləri gərginliyi artırmağa hədəflənib. Qərb paytaxtlarında imkanlı erməni diasporu və Qafqaz xəyalında olan imperialist dövlətlər heç bir şəkildə erməni xalqı haqqında düşünmürlər. Nəticədə, oyunu uduzan Ermənistan dövləti və iqtisadi-sosial çətinliklər məngənəsində əzilən erməni xalqı olacaq.

Kocaelidə Milli Təşkilatlar Birliyini formalaşdıran qeyri-hökumət təşkilatları bütün dünyaya bir daha bəyan ediblər ki, hər zaman olduğu kimi, bu dəfə də sona qədər qardaş Azərbaycan türklərinin yanında olacaqlar.

Qeyd olunub ki, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin qardaşlığı dünya durduqca davam edəcək. Qafqaz İslam Ordusu ilə Qafqazda, Çanaqqala cəbhəsi ilə Anadoluda dastanlar yazan bu nəcib xalq yeni dastanlar yaza biləcəyini bütün dünyaya bir daha bəyan ediblər.

“Biz Ermənistan ordusuna xəbərdarlıq edirik ki, Azərbaycan torpaqlarına təcavüzünü dayandırsın.

Qarabağ da, Zəngəzur da Azərbaycandır, yaşasın bütöv Azərbaycan!”, – deyə bəyanatda vurğulanıb.

Check Also

ÖLKƏ PREZİDENTİ VƏ MƏDƏNİYYƏT NAZİRİNƏ BİR QRUP VƏTƏNDAŞ MÜRACİƏTİ…

Başsız qalan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi… Muraz Məmmədov qanunsuz əməlləri nə qədər davam edəcək? Prezident …