Bazar , 19 May 2024
Drone Cameras

VHP Bakının işğaldan azad edilməsinin 105-ci il dönümünü qeyd etdi

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Bakı şəhərinin azad edilməsinin 105-ci ildönümü münasibətilə Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət edib, abidənin önünə əklil və gül dəstələri qoyulub. VHP üzvləri Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçmiş türk qardaşlarımızın əziz xatirəsini yad ediblər.

Boyukmillet.com xəbər verir ki, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Bakının azad olunmasının tariximizdə əvəzolunmaz rolu haqda danışaraq bu günkü müstəqil Azərbaycanın mövcudluğunda Nuru paşanın komandanlığı altında canlarını fəda etmiş qəhrəmanların xidmətlərinin heç zaman unudulmayacağını və onların xatirəsinin həmişə xalqımız tərəfindən ehtiramla yad edildiyini bildirib.

Daha sonra VHP Ali Məclisinin sədri Felmar Ələkbərli çıxış edərək Xalq Cumhuriyyəti üçün mühüm hadisə olan Bakının azad olunması uğrunda döyüşlərdə türk əsgərinin, Çanaqqala savaşında Azərbaycan əsgərlərinin qəhrəmanlığının dünya durduqca dostluq və qardaşlıq dastanı kimi xatırlanacağını bildirib. Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan türk şəhidlərinin qəhrəmanlığı və fədakarlığı dərin hörmət və ehtiramla xatırlanıb.

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …