Cümə , 22 Noyabr 2024
Drone Cameras

QHT layihənin növbəti tədbirini Zəngilanda keçirdi

Əsgər Ailələrinə Dəstək ictimai birliyinin  icra etdiyi  “Türk dünyasının mədəniyyət paytaxtı- Şuşa” yeniyetmə, gənclərin gözü ilə rəsmlərdə  mövzusunda rəsm müsabiqələrinin və görüşlərin təşkili layihəsi çərçivəsində daha bir tədbir keçirildi.

YeniZamantv.az-a müsahibə verən Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı bunları deyib: Layihə çərçivəsində aylardan bəri hazırlaşdığımız səfər Zəngilan rayonunda baş tutdu.40 rəssam,şəhid, qazi ailələrinin, QHT, mətbuat nümayəndələrinin də iştirak etdiyi səfər maraqlı, bəzən kədərli, ən sonda isə çox böyük mücdə ilə yadda qaldı.

Zəngilan səfərinin proqramı belə idi:

1 Səhər saat 6.00-da  xüsusi ayrılmış avtobusla təyin olunmuş   ərazidən Zəngilana hərəkət

  1. Saat 9.00-da səhər yeməyi
  2. 12.00 Zəngilanın Ağalı kəndi
  3. 13.00 Rəssamların açıq havada etüd çəkməsi
  4. Saat 14.00-də günorta yeməyi
  5. 15.00-da rəsm əsərlərinin çəkilişinin davamı

.7. Saat 17.00-da Çay süfrəsi, Diplom təqdimatı-Bakıya dönüş

Qeyd olunduğu kimi  böyük heyətin iştirak etdiyi səfərdə avtobusda maraqlı anlar yaşandı. Bayraqlarla vətənpərvətlik mahnıları oxundu.Qarabağ Şikəstəsini ifa edən qrup rəhbəri Elşən Qafarlı alqışlarla qarşılandı.

Daha sonra iştirakçılar  xüsusi hazırlanmış məkanda səhər yeməyinə oturdular.

Yola davam edərək Zəngilan ərazisində ermənilərin dağıtdıqları yurd yerlərinə baxdıqca kədərli analar yaşandı.

Səfər iştirakçıları  işğaldan azad olunan, xalqımızın, ölkə Prezidentinin əzmi ilə yenidən qurulan Ağalı kəndinə çatdıqda heyrətlərini gizlədə bilmədilər. Az zamanda böyük işlər görülmüşdü.

Hərəsi bir məkan seçən 40 rəssam fəaliyyətə başladı . Yeniyetmə və gənclərin fırçası ilə  bir neçə saat ərzində ermənilərin dağıtdığı evlər, yollar, təzə tikilən müasir yaşayış sahələri kətana köçürüldü.Elşən Qafarlının oxuduğu mahnılarla səfər iştirakçıları  bu yurdları azad edən şəhidlərimiz, qazilərimiz  hər an yad edilirdi…bu torpaqlar uğurunda canlarını verənlər unudulmur. Layihənin missiyasından biri də elə budur.

Təpədən ətraf daha yaxşı göründüyündən rəssamlar buradan çəkdikləri rəsmlər möcüzə idi.

Günorta yeməyində hər kəsin illərlə arzuladıqları xoş müjdələr, Müzəffər Ali Baş Komandanın Xankəndi, Xocalı və digər yurd yerində Azərbaycan bayrağının dalğalandığı müjdəsini eşidənlər  sevinc gözyaşlarına hakim ola bilmədilər.

Rəssamlar ikinci dəfə müxtəlif mənzərələri çəkməklə məşğul oldular. Səfərdə iştirak edən Layihənin tərəftaş təşkilatı, Beynəlxalq Qalereyanın direktoru  Elnurə İsgəndərova ,  QHT sədrləri, şəhid qızı Maral Zamanova,Səbinə Kərimova, qazi ailəsi Esmira Cəfərova və digərləri səfərdən və layihənin icrasından zövq aldıqlarını dilə gətirdilər.

Zəngilan səfərindən sonra Bakıda sərgi təşkil olunmalıydı,rəssamlar Diplomla təltif olunmalıydı. Lakin layihə rəhbəri Mətanət Əsgərqızı onların geri əliboş dönməmələri üçün Diplomla təltif etdi. Sevincli anlardan biri də tort kəsilməsi mərasimiydi. Həm Qələbəmizə, həm də rəssam qızımızın doğum gününə töhfə idi.

Mahnılar da öz yerində…

Deyirlər bülbülə çəmən yaxşıdı

İnsan üçün laləzar vətən yaxşıdı…

Səfər iştirakçıları buralardan ayrılmaq istəməsələr də, qaranlıq düşdüyündən , qarşıda uzun yolu nəzərə alaraq Bakıya sevinclə qayıtdılar. Həm yenidən qurulan  Zəngilandan xoş təsürratlarla ayrıldı. Yolda yenə vətənpərvərlik mahnıları oxundu!

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …