Cümə , 22 Noyabr 2024
Drone Cameras

QHT sədri Şaban Nəsirov yazır:”Çal oynasın Əjdər əmi” düşüncəsində olanlar

YeniZamantv.az xəbər verir ki, İctimai İştirakçılığın Dəstəklənməsi ictimai birliyinin sədri Şaban Nəsirov həmişəki kimi öz sosial şəbəkə hesabında maraqlı status paylaşıb. 

Şaban Nəsirov yazır: QHT sahəsi xüsusi və spesfik sahədir. Bu elə bir sahədir ki, ilk növbədə insanın daxilində bu sahənən məşğul olmaq istəyi olmalıdır. Daxilində bu sahəyə istəyi olmayan öz ayaqı üstə qala bilməz. Çox təssüf ki, son illər bu sahəni digər sahələrlə eyniləşdirib ictimai sektoru eybəcər hala salırlar. Bir çox sahələrdə gənclərdən sui-istifadə edib var-dövlət qazanan qurum rəhbərləri və o sektordan gələnlər elə düşünürdülər ki, ictimai sektorda da bu metodan istifadə edib həm var-dövlət qazana biləcəklər,həm də monopoliya yaradacaqlar. Amma görünən odur ki, ictimai sektorda çox eybəcər durum yaranıb. Gəncləşdirmə adı altında bu sahənin “A”-dan xəbər olmayan gənclərin adına son illər kütləvi surətdə QHT qeydiyyatdan keçirib (Bir QHT-nin qeydiyyatdan keçrilməsinin necə məşəqətli olmasını məndən yaxşı bilən yoxdur, 10 il çarpışandan sonra 2016-cı ildə qeydiyyata aldılar ) hökumətin ictimai sektora ayırdığı qrant pulların mənimsəyirlər, həm də ictimai sektora ciddi ziyan vurub dağıdırlar. Düzdü qabaqlarda bu metoddan istifadə olunub, amma ümumi götürdükdə ictimai sektora çox da təsiri olmurdu, indi isə elə bil daha “acgözləşiblər”,

QHT sektorun doldurublar “Dibçəkdə yetişən QHT” -lərlə. Belə davam edərsə ictimai sektora elə ağır zərbə dəyəcək ki, toparlamaq çox çətin olacaq. Təsəvvür edin ki, həyata keçirdikləri xüsusi tədbirlərinə öz komandalarnı apara bilmək üçün şərtlərdən biri xarici dil (səhv etmirəmsə ingilis dili) bilgisi olmasıdır. Təsəvvür edin iştirakçıların hamısı Azərbaycanlı olan, Azərbaycanda keçirilən , Dövlət dili Azərbaycan (Türk dili) dili olan tədbirə şərt kimi ingilis dilini salıblar. Sözün bitdiyi yerdir. Tam əminəm ki, gedənlərin yarısından çoxu ingilis dilini belə bilməyir. Sadəcə komandanın üzvü olduqlarına görə salınırlar belə tədbirlər. Hələ ki, ictimai sektoru bu vəziyyətə salanlara dur deyən yoxdur. O üzdən görünən budur ki, “Çal oynasın Əjdər əmi” düşüncəsində olanların bu sektorda at oynatması davam edəcək.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …