Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Qızıl Aypara Cəmiyyəti Qarabağın erməni sakinlərinə baş çəkib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları Qarabağ İqtisadi Zonasında yaşayan erməniəsilli sakinləri ziyarət ediblər.

Bu barədə təşkilatdan məlumat verilib.

Bildirilib ki, görüşün əsas məqsədi onların ehtiyaclarının qiymətləndirilməsi olub. Görüş zamanı AzQAC əməkdaşları sakinlərin yaşayış şəraiti ilə tanış olub, onların ehtiyacları haqqında məlumat toplamaq üçün sorğu keçiriblər. Bu, AzQAC tərəfindən təklif edilə biləcək yardım və dəstək xidmətlərinin müəyyənləşdirilməsi üçün həyata keçirilib.

Həmçinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndində yerləşən ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları ilə ikitərəfli görüş keçirilib. Görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndələri Xankəndində göstərdikləri fəaliyyətlər barədə nümayəndə heyətinə ətraflı məlumat veriblər.

Daha sonra, AzQAC-ın İcraçı katibi Ceyhun Mirzəyev bu görüşün hər kəs üçün çox əhəmiyyətli olduğunu bildirib və səfərin əsas məqsədini onlarla bölüşüb.

Check Also

İcra başçısının sabiq müavini və iki nəfərin həbs müddətinin uzadılması üçün məhkəməyə təqdimat daxil olub

Qaradağ rayonunun icra başçısının sabiq müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev …