Cümə , 27 Mart 2026
Drone Cameras

Qubada 46 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Quba rayonunda 46 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Püstəqasım kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Mahir Mustafaqulu oğlu Turabov həyətyanı sahəsindəki su mühərrikini təmir etmək istəyib. Bu zaman onu elektrik cərəyanı vurub.

Hadisə yerinə Quba Rayon Prokurorluğunun və rayon polis şöbəsinin əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçiriblər.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Bu da “dostlarımız”ın bizə bayram hədiyyəsi:Növbə Yenixeber.org-a çatdı…

İnanmaq istəyirəm ki, nəhayət İlham Əliyev, hakimiyyətinin media siyasətinin icrasına məsul şəxslərə “DUR” deyib də, …