Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Qubada 6 kq-dan artıq narkotik aşkarlanıb

Qubada 6 kq-dan artıq narkotik aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

Belə ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Şamaxı rayon sakini Şahin Rüstəmov Quba rayonu ərazisində saxlanılıb.

Həmin şəxsin üzərinə baxış keçirilən zaman 6 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Keçirilmiş digər əməliyyat-axtarış tədbirləri zamanı isə rayon sakini Tural Süleymanov və Xaçmaz rayon sakini Xanlar Ağayev saxlanılıblar.

Həmin şəxslərin üzərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …