Bazar , 8 Fevral 2026
Drone Cameras

Qubadlıda minaya düşən şəxsin son durumu açıqlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Qubadlıda minaya düşən əməkdaşının son durumunu açıqlayıb.

“Bu gün Agentliyin minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Nəticədə Hüseynov Nəcməddin Abdulla oğluna yerində Agentliyin paramedikləri tərəfindən ilkin tibbi yardım göstəriləndən sonra Füzuli rayon xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.

Hörmətli vətəndaşlar, bədbəxt hadisələrlə üzləşməmək üçün sizi daha diqqətli olmağa çağırırıq”.

Check Also

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu aşkarlanıb

Xırdalan-Binəqədi yolunda hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün Baş DYP İdarəsinin …