Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Qubadlıda yerləşən seçki məntəqəsi lazımi avandanlıqlarla təmin edilib

İşğaldan azad edilən Qubadlının Xanlıqlar kəndində yerləşən seçki məntəqəsi bütün lazımi avandanlıqlarla təmin edilib.

Bunu “Report”un Qarabağa ezam olunmuş müxbirinə 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 60 saylı Seçki Məntəqəsinin sədri Akif Mirzəyev deyib.

O bildirib ki, məntəqə üzrə səs verən seçicilərin hamısı təsdiq olunub, bildirişlər paylanılıb:

“Məntəqə üzrə 833 seçicimiz var. Onlardan biri ilk dəfə seçkilərdə iştirak hüququ qazanıb. Seçici fəallığının yüksək olacağını gözləyirik. Bu ilin fevralında keçirilən növbədənkənar prezident seçkilərində də məntəqə fəaliyyət göstərib və fəallıq yüksək olub”.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Foto: Vüqar Xanlarov

Check Also

Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Xalq yazıçısı, dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. Boyukmillet.com xəbər …