Cümə , 27 Mart 2026
Drone Cameras

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb

Qusar rayonu ərazisində iyulun 30-da səhər saatlarında rayon sakini 23 yaşlı İ.Duraxanovun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən atası 83 yaşlı Duraxanov Sərkər Duraxan oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Bu da “dostlarımız”ın bizə bayram hədiyyəsi:Növbə Yenixeber.org-a çatdı…

İnanmaq istəyirəm ki, nəhayət İlham Əliyev, hakimiyyətinin media siyasətinin icrasına məsul şəxslərə “DUR” deyib də, …