Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Qusarda sosial şəbəkə üçün video çəkən sürücü qəza törədərək ölüb

Qusar rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, Qusar rayonunun Əcəxuroba kəndi ərazisində “TikTok” sosial şəbəkəsi üçün video çəkən rayon sakini, 1995-ci il təvəllüdlü Albert Xaspoladov ağır qəza törədib.

O, video çəkərkən “VAZ 2107” markalı minik avtomobili ilə qəfil əks zolağa manevr edərək 1997-ci il təvəllüdlü Pərviz Eyvazovun idarə etdiyi “Ford” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə A.Xaspoladov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …