Çərşənbə , 8 Aprel 2026
Drone Cameras

Quterreş BMT nümayəndələrinin ölümündə günahkar şəxsləri cəzalandırmağa çağırıb

BMT-nin Baş katibi Antoniu Quterreş Sudanda toqquşmalar zamanı tabeliyində olanların ölümünə görə məsuliyyət daşıyanların ordu və çevik reaksiya qüvvələri tərəfindən cəzalandırılmasını istəyib.

“Report” xəbər verir ki, bu barədə təşkilatın rəhbəri tviterdə yazıb.

“Dəhşət. Sudanda davam edən qarşıdurmalar mülki şəxslərin, o cümlədən işini yerinə yetirərkən həlak olan üç həmkarımızın ölümü və yaralanması ilə nəticələnib. Günahkar şəxslər dərhal məsuliyyətə cəlb olunmalıdırlar”, – o qeyd edib.

Xatırladaq ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub.

Check Also

“Tarixi sazişə çox az qaldı”: Tramp İranla 15 bəndlik planı açıqladı

ABŞ Prezidenti Donald Tramp AFP agentliyinə verdiyi eksklüziv müsahibədə İranla uzunmüddətli həlli nəzərdə tutan 15 …