Cümə , 22 Noyabr 2024
Drone Cameras

Quzey Kıbrıs Prezidenti “Azərbaycanın Zəfər Günü” proqramına qatıldı – FOTOLAR

“8 Noyabr – Azərbayacan Zəfər Günü” Şimali Kipr Türk Respublikasında təntənə ilə qeyd edilib.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız ölkəmizin 2-ci Qarabağ müharibəsinin qələbə sevincini yaşamaqdadır. Bir il öncə Azərbaycan ordusunun və xalqının ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşərək əldə etdiyi Zəfər, bu il təntənə ilə qeyd edilir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Şimali Kipr Türk Respublikasında yaşayan soydaşlarımızda bayram tədbiri keçiriblər.

5 Noyabr 2021ci il tarixdə baş tutan Zəfər Günü tədbirinə Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar, ŞKTR Millət Vəkilləri, ŞKTR Universitetlər Birliyi Sədri Salman Arslanbaş, çox sayıda KİV təmsilcisi, QHT-lər, universitet rektorları, ŞKTR yaşayan soydaşlarımız və digər xalqların nümayəndələri qatılıb.

Hər iki ölkənin dövlət himnləri səsləndirilib. Açılış nitqi söyləyən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu əvvəlcə qonaqları salamlayıb. Natiq bildirib ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan növbəti tədbirin məqsədi xalqımızın Qarabağda əldə etdiyi zəfərin sevincini birlikdə yada salmaq və həmrəylik gösdərmək məqsədi ilə təşkil olunub. Dünya azərbaycanlıları uzun illərdir bu günlər üçün mübarizə aparıb. Bir çox beynəlxalq qurum işğal faktını təsdiq etsədə dünya birliyi bu işğala və Xocalı Soyqırımına susub. Bir il öncə əldə olunan Zəfər ümumdünya azərbaycanlılarınında dəstəyi ilə baş tutub. Diaspor təşkilatları Qarabağın işğal olunması, günahsız insanların işgəncələrə məruz qalması, soyqırımların yaşanması haqqındakı məlumatları dünyanın diqqətinə çatdırıb. Eyni zamanda Azərbaycanın milli mənəvi dəyərlərini, mədəniyyətini, qonaqpərvərlik və humanistliyini təbliğ ediblər. Məsh müharibə dövründə də bütün dünya bunun şahidi olub. Azərbaycan əsgəri heç bir sivil vətəndaşa qarşı zor tətbiq etməyib.

Tədbirdə iştrak edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşı İlahə Abbasova isə komitə sədri Fuad Muradovun xüsusi məktubunu səsləndirib. Sədr ŞKTR yaşayan soydaşlarımıza, kipr xalqına Qarabağ məsələsində ədaləti müdafiə etdikləri üçün təşəkkür edib. “9 -Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” və “8 – Noyabr Zəfər Günü” münasibəti ilə təbrik edib.

Tədbirdə çıxış edən Şimali Kipr Universitetlər Birliyinin sədri Salman Aslanbaş çıxış edərək hər zaman azərbaycanlıların yanında olduqlarını və Zəfər bayramı ilə bağlı iştrakçıları təbrik edib. Uzun illərdir Azərbaycan haqq səsini dünyaya duyurmaq üçün çətin günlər yaşadığını bildirən Aslanbaş: “Biz hər zaman Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf etməsindən dolayı sevinməkdəyik. Eyni zamanda Şimali Kipr Türk Respublikası ilə hər iki qardaş ölkənin ictimai, iqtisadi və təhsil əlaqələrinin inkişafı üçün çalışmalıyıq. Azərbacanlı tələbələrin və eyni zamanda adada yaşayan qardaşlarımıza daim dəstək olmağa hazırıq” deyə vurğulayıb.

Zəfər Günü tədbirinə böyük sevinc ilə qatıldığını bildirən Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar keçdiyimiz il başlayan müharibənin Zəfər ilə bitməsindən Kipr xalqı olaraq böyük sevinc hissi yaşadığını bildirib. Prezident vurğulayıb ki, Kıbrıs Türk xalqı Azərbaycan xalqı ilə eyni kök və milli mənsubiyyətə sahibdir. Xalqımız daima Azərbaycan xalqının yanında olmaqdan böyük məmnuniyyət duymaqdadır. Natiq vurğulayıb ki: “Qarabağın azadlığa qovuşmasının, düşmən zülmündən qurtarılmasının və bunu birlikdə qeyd etməyimiz olduqca maraqlıdır. Azərbaycanın zəfəri bizimdə zəfərimizdir. Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cumhuriyəti eyni soydan gələn üç dövlət olaraq birlikdə mübarizə aparmağımız daha yaxşı nəticələrə gətirib çıxaracaq. Biz hər zaman Azərbaycan xalqının yanındayıq. 

Onlarında bizi eyni sevgi ilə qucaqladıqlarının fərqindəyik”.

Azərbaycan-Kipr Dostluq Cəmiyyəti Ersin Tatara Zəfər Xatirəsi hədiyyəsi təqdim edib.

Daha sonra Ankara Musiqi və Gözəl Sənətlər Fakültəsinin tələbəsi Nigar Rəhimova Azərbaycanın milli və vətənpərvərlik mahnılarını səsləndirib. Tədbir müxtəlif şeirlər və musiqilər ilə davam edib.

Bir bir veya daha fazla kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 6 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir bir veya daha fazla kişi ve ayakta duran insanlar görseli olabilir
Bir bir veya daha fazla kişi, ayakta duran insanlar ve şunu diyen bir yazı 'Kardeş Ülke AZERBAYCAN'ın 8 KASIM Karabağ abağ Zafer Yramı Ols XXX Hepiniz Hosgeldiniz' görseli olabilir
Bir ayakta görseli olabilir
Bir 12 kişi ve ayakta duran insanlar görseli olabilir

Check Also

ABŞ Rusiyanın ballistik raket buraxacağından xəbərdar olub

ABŞ administrasiyası son günlər Rusiyanın cavab zərbəsinə hazırlaşmaq üçün Ukrayna və müttəfiqləri ilə məsləhətləşib. Boyukmillet.com …