Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Rəcəb Tayyib Ərdoğan Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Respublikasında dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Boyukmillet.com xəbər verir ki, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

Check Also

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır

Azərbaycan Xarici İşlər Nazirliyi İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda ölkə vətəndaşlarını İsrailə səfərdən …