Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Rəşad Nəbiyev Göyçayda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Göyçayda vətəndaşları qəbul edib.

Boyukmillet.com xəbər verir ki, qəbulda Kürdəmir, Ucar, Zərdab, Ağdaş və Göyçay rayon sakinləri iştirak ediblər. Onların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.

Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Check Also

AZAL Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edib

Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat …