Bazar , 11 Yanvar 2026
Drone Cameras

Rəşad Nəbiyev Qaxda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qax şəhərində vətəndaşları qəbul edib.

Boyukmillet.com xəbər verir ki, qəbulda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının sakinləri iştirak ediblər.

Nazir vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxıb, müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib. Qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb, nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Check Also

RİNN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib

Nazirlər Kabineti 12 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf …