Bazar , 11 Yanvar 2026
Drone Cameras

Rəsmi İrəvan sərhəd məntəqəsinə Tələt paşanın adının verilməsi layihəsinə münasibət bildirib

Türkiyə-Emənistan sərhədindəki nəzarət-buraxılış məntəqəsinə Osmanlı dövlətinin Baş naziri olmuş Mehmet Tələt paşanın adının verilməsi ilə bağlı qanun layihəsinə Ermənistan Xarici İşlər Nazirliyi münasibət bildirib.

Boyukmillet.com-un Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı nazirliyə ünvanlanan sorğuya belə cavab verilib:

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Ermənistan Türkiyə hökumətinin rəsmi mövqelərini, qərarlarını nəzərə alır”.

Bir müddət əvvəl Türkiyənin İyi Partiyasının sədri, deputat Musavat Dərvişoğlu ölkə parlamentinə bu barədə layihə təqdim edib.

Mehmet Tələt Paşa 1921-ci ildə Almaniyanın Berlin şəhərində erməni terrorçu Soqomon Teyliryan tərəfindən güllənərək öldürülüb.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …