Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Rəsmi Moskva: “ABŞ Rusiyada iğtişaşların təşkili və hakimiyyət dəyişikliyinə diqqətini artırıb”

“ABŞ Rusiyada daxili iğtişaşların təşkili və hakimiyyət dəyişikliyinə diqqətini artırıb”.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“ABŞ təkcə Rusiyaya qarşı hibrid müharibəsi başlatmayıb. Görünür ki, Ukraynada müharibəni sonuncu sakin ölənə qədər davam etdirmək niyyətindədir. Bu müharibənin məqsədi isə Rusiyanı strateji məğlubiyyətə uğratmaqdır”, – nazir müavini bildirib.

Onun sözlərinə görə, bu şəraitdə Moskva ilə Vaşinqton arasında qarşıdurma ssenarisi fakta çevrilib və bunu nəzərə almaq lazımdır. Bununla yanaşı, S.Ryabkov ABŞ-ın daha da gərginləşməsinin Rusiya-ABŞ diplomatik münasibətlərinin kəsilməsinə səbəb ola biləcəyini istisna etməyib.

Check Also

İrandan bəzi məhsulların ixracına- Qadağa

İran bir sıra məhsulların ixracını qadağan edib. Bu barədə ölkənin Gömrük İdarəsi məlumat yayıb. Məlumata …