Cümə , 26 Aprel 2024
Drone Cameras

“Rəsulzadə bilsəydi ki, yaratdığı partiyaya Arif Hacılı rəhbərlik edəcək, ürəyi partlayardı”

Elşən Musayev: “Müsavatçıların ifşasından sonra Kərimli hər gün həyəcandan o biri dünyanı görüb qayıdır”

Almaniyada azərbaycanlı mühacirlərdən bir neçəsinin miqrant alveri ittihamı ilə həbs olunmaları ölkəmizlə bağlı bir sıra acı həqiqətləri üzə çıxardı. Bu məsələnin Azərbaycan üçün çox ziyanlı olduğu, ölkə imicinə zərbə vurduğuna dair rəyləri hər kəs bölüşür.

Qanunvericilikdə ölkəmizdə saxta partiya biletləri satanlarla bağlı hansı məsuliyyətin nəzərdə tutulduğu barədə isə ən müxtəlif fikirlər səslənir. Eyni zamanda, belə şəxslərə qarşı ölkəmizin imicinə zərbə vurduqları üçün sərt cəza üsulunun tətbiqinin vacibliyi önə çəkilir.

Gedən müzakirələrdə ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı da sərt şəkildə qınanır. Buna səbəb də, miqrant alverindən əldə olunan gəlirlərlə bağlı xanım jurnalistin internet üzərində apardığı verilişində qazanc kimi əldə olunan “500 min, bir milyon, 5 milyon” kimi rəqəmləri adi bir məbləğ kimi qələmə verməsidir.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bu məsələ ilə bağlı danışıb. O deyib ki, əslində “mühacir alveri” söhbəti yeni deyil: “Biz bu haqda zaman-zaman, üstəlik yetərli faktlarla danışmışıq. Sadəcə indi Almaniya polisi işə qarışıb, məlum siyasi quldurları ifşa edib deyə məsələ, mövzu yenidən şişib. Biz deyən vaxtla indiki arasında isə fərq budur ki, artıq qaragüruhun “staj”lı nümayəndələri ağız büzüb, nağıl üyüdüb söyləyə bilmirlər ki, yalandır, iftiradır, sifarişlidir. Çünki bu dəfə bəlli həqiqətləri biz demirik, illərdir qucaqlarına, ətəklərinə sığındıqları ölkənin hüquq-mühafizə orqanları deyir. Həm də faktlarla deyir. Bildiyim qədər xeyli insan həbs olunub, göz altına alınıb. Əksəriyyəti də Müsavat və AXCP üzvüdür. Düzdür, hələ əsas üzə çıxan və ifşa olunan tərəf müsavatçılardır, amma mən heç şübhə etmirəm ki, məlum biznesin çox vacib, böyük radiuslu qollarından biri də enində-sonunda gəlib Əli Kərimlinin qapısına çıxacaq. Təsəvvür edirsinizmi, rüsvayçılığın həddini? Adamlar siyasət və dəllallığı bir arada sinxronizə edirlər. Öz də siyasi mənsubiyyət adı altında. Sonra da utanmaz-utanmaz gedəsən Rəsulzadənin abidəsi önünə ki, partiya varisin olaraq gəlmişəm. Daş düşsün belə varisliyə. Rəsulzadə bilsəydi ki, illər sonra onun adını qoyduğu və yaratdığı partiyaya Arif Hacılı rəhbərlik edəcək, funksionerlər isə belə nadürüst işlərlə məşğul olacaq, ürəyi partlayardı. Müsavatı bax, bu günə saldılar. İdeoloji baxımdan da, partiya baxımından da, insanlıq baxımından da. Hələ abırlarına kor olmaq əvəzinə bəhanə uydururlar, mətbuat konfransı təyin edirlər. Ortada imza var, təsdiq var, yazı-pozu var. Üstəlik, həmin sənəd siyasətə ümumən dəxli olmayan adamlara verilib. Artıq sosial şəbəkələrdə silsilə xətlə siyahılar paylaşılır. Kimdir onlar? Nə zaman siyasətlə məşğul oldular, biz görmədik, eşitmədik? Axtarış verirsən, “Google”də belə adları çıxmır. Niyə? Çünki saxtadırlar, oyunbazların düzəltdiyi obrazlardır, yalançı subyektajlardır. Əli Kərimli bir ara artistlik edib elan vermişdi ki, bundan sonra partiyaya qeydiyyat “online”olacaq. Yəni, kimsəyə partiya bileti verməyəcəm. Guya bu sənəddən sui-istifadə etmək mümkün olmasın deyə belə deyirdi. Amma dəqiq məlumatlar var ki, yazılı sənəd sadəcə yenilərə – xamlara verilmir və bu söhbətin biznes layihəsinə dəxli yoxdur. Qısaca, adam bu söhbətlə sadəcə tas qaldırırmış. Vəssalam. Və mən əminəm ki, müsavatçıların ifşasından sonra Əli Kərimli hər gün həyəcandan o biri dünyanı görüb qayıdır. Elə təkcə Natiq Ədilovun maxinasiyalarından birinin üstü açılsa kifayətdir. Hərçənd bildiyim qədər artıq açılıb. İzlərinə düşüblər. Sadəcə son təhqiqat, araşdırma işləri gedir. Bir məsələyə diqqət edin. Almaniyaya yüzlərlə ölkədən miqrant gəlir. Berlin və digər böyük şəhərlər sıxlıq etibarilə tanınmaz haldadır. Üstəlik, bu ölkə hamıya qucaq açır və bildiyim qədər miqrantlarla bağlı kifayət qədər həssas, alicənab davranırlar, onlara çox ciddi güzəştlər edirlər. İndi görün həmin o üzqaraları, kəkilli radikalistlər alman polisini nə qədər bezdiriblər, rəzalətin hansı həddinə qədər irəliləyiblər, miqrant biznesi üzərindən qanunu, hüququ, istənilən protokolu necə çeynəyiblər ki, belə bir addım atılıb, məsələ dövlət səviyyəsində nəzarətə götürülüb. Düşünün: müxalifətçi adı ilə gedən 300 azərbaycanlının adına 270 şirkət yaradılıb və onun 268-i miqrantlara hüquqi yardımla məşğuldur! Elə bu faktın özü nəsə demirmi? Başqa sahə yoxdurmu, başqa iş, mövzu yoxdurmu? Bu sahəni adamlar kurasiyaya götürüblər, dövlət içində dövlətmi yaradıblar, Almaniyanın miqrasiya siyasətinə nəzarəti ümumən üzərlərinə alıblarmı? Bunu bilmirəm. Amma dəqiq olan budur ki, biabırçılıqdır. Siyasət adına da, insanlıq adına da biabırçılıqdır! Belə bir durumda Arif Hacılı nəinki mətbuat konfransı keçirməli, başına dəsmal bağlayıb 2-3 il gözə görünməməlidir. Bir daha deyirəm, ortada faktlar var, inkar mümkün deyil, bu dəfə pis ilişiblər”.

Deputat cinayət məsuliyyətindən də danışdı: “Saxta sənəd düzəltməyə görə təbii ki, cinayət məsuliyyəti var. Amma burada əsas məsələ mənəvi məsuliyyət məsələsidir. Radikallar isə çox güman belə bir anlayışın, məfhumun var olmasından ümumən xəbərsizdirlər. Tam əksinə, onlar mənəvi məsələlərdə deqrodasiyaya uğradıqca sanki özgüvənlərini bərpa edirlər, rüsvay olduqca daha da sevinirlər, bəxtəvərləşirlər. Hər halda durum fərqli olsaydı, Sevinc Osmanqızı durub öz verilişində qırmızı-qırmızı deməzdi ki, “uzağı qazanıbsalar da, 5 milyon qazanıblar. Bu nə puldu?” Ya da elə ancaq sosial şəbəkədə onlarla real sübut yayılmışkən Müsavat funksionerləri üzəduran səviyyədə təkzib verməzdilər, “belə bir şey yoxdur”- söyləməzdilər. Bunların siyasətləri bax budur: Mühacirətə xammal ötürmək, daha sonra onları əks-kəşfiyyat maşınında istehsala vermək, qəlibə qoymaq, rəngləmək, anti-milli ünsürə çevirmək, ən axırda da Vidadı, Rəfail, Qalib adı ilə bazara çıxarıb satmaq! Ağıl və idrakları ancaq məlum icraat üçün yetərlidir. Sevincin isə gör qəyyumlarından aldığı nə qədər “para” var ki, 5 milyonu istehza ilə deyir, söhbəti lağ obyektinə çevirir, dostlarının müdafiəsinə absurdca, riyakarcasına qalxır. Bu məqamda deyiləcək söz həqiqətən yoxdur. Çünki hər şeyi özləri deyir. Hər şeyi prosesin özü deyir. Hər şeyi ya bilərəkdən ya da bilməyərəkdən Sevinc kimi ikiüzlülərin dili deyir. Ona görə hər fürsətdə deyirik ki, Tanrı Azərbaycanı Sevinc üslubda fəaliyyət göstərən, Sevinc formatında düşünən mürdəşirlərdən və yabanı ünsürlərdən qorusun. Allah Arif Hacılı bəyə də yarımca qram təpər versin ki, bu biabırçılıqdan sonra özündə istefa vermək gücünü tapsın. Yox, əgər tapmasa, yavaş-yavaş formalaşdıra bilsin”.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …