Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Ramil Quliyev Avropanın ən yaxşısı olacaq?

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Avropa Atletika Birliyi tərəfindən təşkil olunan “İlin avropalı atleti” mükafatı yarışında son 3 namizəd arasında göstərilib.

Boyukmillet.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Avropa Atletika Birliyindən verilən məlumata görə, “İlin avropalı atleti” mükafatına namizədlərin sayı 10-dan 3-ə endirilib. Dünya Atletika Çempionatında qalib olan 27 yaşlı Ramil, fransız Kevin Mayer və alman Yohannes Vetter mükafata namizəd göstəriliblər.

Qeyd edək ki, mükafatın qalibləri oktyabrın 14-də Litvada keçiriləcək tədbirdə elan ediləcək.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir