Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Ramin Məmmədov Şəmkirdə vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şəmkirdə vətəndaşları qəbul edəcək.

Boyukmillet.com xəbər verir ki, qəbul iyulun 9-da keçiriləcək.

Sədrin qəbulunda Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Qəbul saat 11:00-da Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 5) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə (əlaqə vasitələri: (022) 315 38 91, (055) 300 99 82, [email protected][email protected]) müraciət etmələri xahiş olunur.

Check Also

Naxçıvan Konstitusiyasından Moskva və Qars müqavilələrinə istinad çıxarılır

Prezident İlham Əliyev martın 10-da Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklərin tətbiqi ilə bağlı sərəncam imzalayıb. Dəyişikliklər …