Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Kommisiyasının əmri ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu nəzdində “Kompüter elmləri” və “Ehtimal nəzəriyyəsi” ixtisasları üzrə riyaziyyat elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Dissertasiya şurası fəaliyətə başlayıb.
Boyukmillet.com xəbər verir ki, AMEA İdarəetmə Sistemləri İnstitutu nəzdində təşkil olunan “Kompüter elmləri” ixtisası üzrə Dissertasiya şurasının sədri vəzifəsinə professor Qalina Mehdiyeva təyin olunub.
Onu da bildirək ki, AMEA prezidenti Ramiz Mehdiyevin 75 yaşlı həyat yoldaşı – fizika-riyaziyyat elmləri doktoru, professor Qalina Mehdiyeva hazırda Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakultəsndə Hesablama riyaziyyatı kafedrasının müdiri vəzifəsində çalışır.
Check Also
ABŞ Venesuelaya qarşı mühüm məhdudiyyəti aradan qaldırır
ABŞ Maliyyə Nazirliyi Venesuelanı Amerika investisiyalarına ciddi məhdudiyyətlər tətbiq edən ölkələr siyahısından çıxarmaq niyyətindədir. Boyukmillet.com …
Boyukmillet.com Biz yanmasaq vətən yanar
