Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Ərdoğan Serbiyadan ABŞ-a sərt mesaj verdi: “Bizim XİN rəhbəri ilə görüşmürlər, o səfiri bir dəqiqə belə saxlamağınız…”

10 Oktyabr 2017 [16:56]

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyada ABŞ-la viza qalmaqalı ilə bağı önəmli açıqlamalar verib.
 
Boyukmillet.com TRT-yə istinadən xəbər verir ki, Ərdoğan gərginliyi Amerikanın başlatdığını deyib:
 
 “Əvvəlcə deyim ki, bu krizi biz başlatmadıq. Bu problemin günahkarı ABŞ-ın özüdür. Baxın, ABŞ-ın yüskək çini məmurları bizim Xarici işlər naziri ilə görüşmür, belə görüşmələrə artıq yadırğamışıq. ABŞ-ın Ankaradaki bir səfirinin belə bir qərar alması və daha sonra “bunu dövlətim adına aldım” deməsi düşündürücüdür. 
 
Vəziyyət belədirsə, ABŞ-dakı üst qurumlarla danışacaq bir şeyimiz yoxdur. Yox, əgər vəziyyət əksinədirsə, bu qərar səfir tərəfindən özbaşına alınıbsa, onda həmin səfir bir dəqiqə belə saxlanılmamalıdır”.
 
Ərdoğan daha sonra deyib ki, əgər Türkiyənin səfiri belə bir iş görsə, onu bir dəqiqə vəzifədə saxlamaz: 
 
“Sən necə Türkiyə – ABŞ münasibətlərini pozarsan? ABŞ konsolluğundakı bir türk vətəndaşının FETÖ ilə bağlantısı aşkarlanıb və tutulub. Ardından isə daha bir FETÖ əlaqəlisinin orada olduğu üzə çıxdı. Görünür, bu konsulluqda nələrsə dönür.Bu agentlər ABŞ-ın konsolluğuna necə sızıb və ya kim onları ora soxub?”.
 
Ərdoğanın sözlərinə görə, heç bir dövlət bu cür agentlərə icazə və imkan verməz:
 
“Yenə deyirəm, Türkiyə bir qəbilə dövləti deyil. Əsrlərə söykənən bir dövlət ənənəmiz var. Bu səfir (ABŞ-ın Ankaradakı səfirini nəzərdə tutur- red.) vida ziyarətlərinə başlayıb. Nazirlərimiz və mən o səfiri qəbul etmirik, onu Amerikanın təmsilcisi olaraq görmürük”.
 
Xatırladaq ki, Ərdoğan dünən Ukraynalı həmkarı Petro Poroşenko ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında ABŞ-ın türk vətəndaşlarına tətbiq etdiyi qadağadan danışıb.
 
O, Kiyevdə ABŞ-ın qərarını belə dəyərləndirmişdi: 
 
“Hər şeydən əvvəl üzücü bir qərardır. Xarici İşlər Nazirliyinin yetkililəri bu xəbəri eşidən kimi ABŞ-dakı həmkarları ilə əlaqə saxlayıblar. Nazirimiz qərarı mənə açıqlayanda dedim ki, Türkiyə hüquqi dövlətdir, qəbilə dövləti deyil. Onlar qərarda hansı mətni açıqlayıblarsa, biz də eynisini açıqlayaq. Məsələ bundan ibarətdir”.
 
Qeyd edək ki, ötən gün ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. 
 
Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir