Çərşənbə , 8 May 2024
Drone Cameras

Rektor: “BANM-də yeni ixtisasların açılması nəzərdə tutulur”

“Bakı Ali Neft Məktəbində (BANM) yeni ixtisasların açılması nəzərdə tutulur”.

Bunu “Report”a müsahibəsində BANM-in rektoru Elmar Qasımov deyib.

O bildirib ki, bu barədə tərəfdaşlarla danışıqlar aparılır: “Misal olaraq, Bərpa olunan enerji mühəndisliyi üzrə magistrura proqramının açılmasına hazırlaşırıq. Böyük Britaniyanın Heriot-Vat Universiteti ilə bərabər bu ixtisasın açılması üzərində iş aparırıq. Həmçinin, Kompüter elmləri ixtisasının açılmasına hazırlıq görülür. Özbəkistanla imzalanan əməkdaşlıq müqaviləsinə görə orada iki ixtisasın – ingilis dilində Neft-qaz və Kimya mühəndisliyi ixtisasının açılması ilə bağlı işlər həyata keçirilir. Bundan başqa, İsrailin Technion Universiteti ilə Kibertəhlükəsizlik ixtisası üzrə artıq danışıqlar başlanıb”.

E.Qasımovun müsahibəsinin daha geniş variantını bu link vasitəsilə oxuya bilərsiniz.

Check Also

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub

11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri …