Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Rus hərbçilərin Xankəndində erməni uşaqlara “Şuşa” təbliğatı – FOTOLARDA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiyanın sülhməramlı qüvvələri bölgədə öz missiyasından başqa hər işlə məşğul olur. Ermənistandan ermənilərin zorla gətirilərək ərazidə məskunlaşdırılması, onlar üçün infrastruktur qurulması, sosial təminatlar, o cümlədən, davamlı humanitar yardımlar, ərzaq təminatı və s.

Boyukmillet.com xəbər verir ki, rus hərbçilər indi də Xankəndindəki 1 saylı internat məktəbini himayəyə götürüblər. 

Sosial cəhətdən aztəminatlı ailələrin uşaqlarının toplandığı məktəbdə ruslar “Gənc aşpaz” müsabiqəsi təşkil ediblər. 

Məıktəbin direktoru Amest Simonyan bildirib ki, Rusiya hərbçilərinin dəstəyi ilə “ən yaxşı pizza, tortlar, peraşki və s. yarışmaları keçiriblər. Çox xoşbəxtik. Sizinlə əməkdaşlıq edəcəyik. Sizi hər tədbirə dəvət etməkdən çox məmnun olarıq. Düşünürəm ki, uşaqların daha yaxşı olması üçün bir -birimizə kömək edəcəyik. İndi burada 18 uşağımız var”.

Münsiflər heyətində olan Rusiya hərbçiləri erməni uşaqlarının hazırladıqları yeməkləri yüksək qiymətləndiriblər. Onlar internat məktəbinə uşaq oyuncaqları, kitablar, dəftərxana ləvazimatları, mətbəx və yemək dəstləri daxil olmaqla təxminən 1 tona yaxın humanitar yardım bağışlayıblar.

Bəlkə də bütün bunları humanizm, insanpərvərlik düşüncəsi ilə anlamaq olardı. Amma, humanitar aksiya adı ilə separatçı düşüncələrin uşaqlara aşılanması göz önündədir. Rusiya hərbçilərinin dəstəyi ilə keçirilən “müsabiqə”də masaya ermənilərin öz aləmlərində Şuşaya dedikləri “Şuşi” söz yazılmış lövhə qoyulub. Həm də, rus və erməni dillərində…

No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …