Bazar , 19 May 2024
Drone Cameras

Rusiya bölünür, Putinin hakimiyyəti təhlükədədir – PROQNOZ

“Koronavirus pandemiyasının neftin qiymətindəki ucuzlaşma ilə kəsişməsi enerji ixracatçısı olan Rusiyanın iqtisadiyyatına böyük zərbə vurub”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri “Anadolu” agentliyinə açıqlamasında Qədir Xas Universitetinin prorektoru Mitat Çelikpala deyib.

Professor bildirib ki, Kreml pandemiya dövründə Rusiyanı bütöv şəkildə deyil, rus etnik mənsubiyyətini önə çıxaran siyasəti izləyib. Bu isə federativ idarəetmələrlə qarşıdurmaları daha da alovlandıracaq.

Rəsmi Moskvanın Səudiyyə Ərəbistanı ilə yaşanan gərginlikdən dolayı uzun müddətdir ki, Rusiya iqtisadiyyatına mənfi təsir göstərdiyini xatırladan Çelikpala dünya ticarətinin 30%-ə qədər düşməsi ilə neft sənayesinin cüt zərbə yediyini qeyd edib. Onun sözlərinə görə, neftin qiyməti bu formada qalarsa, Rusiya iqtisadiyyatı 6-10% arasında kiçilə bilər.

Putinin durumu elitlər arasında rəqabəti müəyyən edəcək.

Professor pandemiyaya görə daralan iqtisadiyyatın və yoluxma sayları ilə bağlı açıqlanan mübahisəli statistikaların dövlət başçısı Vladimir Putinə verilən dəstəyi azaltdığını, imicini zədələdiyini vurğulayıb:

“Rusiya qapalı toplum və avtoritar dövlətdir. Buna görə də xalqın böyük rolu yoxdur. Qənaətimə görə, Putin bunu idarə edə bildiyi müddətdə hakimiyyətini davam etdirəcək. Rusiya daxili siyasətində pandemiyadan sonra ciddi dəyişiklik gözləmirəm. Amma içəridə narahatlıq artacaq. Təbii ki, bu durumda müxalifət də əlini daha çox qüvvətləndirəcək”.

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …