Cümə , 19 Aprel 2024
Drone Cameras

Rusiya dayanmaq bilmir: Ermənistana növbəti hərbi dəstək

Rusiya və Ermənistanın silahlı qüvvələrinin baş qərargah rəisləri Moska yaxınlığında görüşüb.

Boyukmillet.com bildirir ki, Cebhe.info-nun məlumatına Valeri Gerasimov Onik Qasparyanla hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə edib.

“Ölkələrimiz arasında hərbi əməkdaşlıq həm ikitərəfli formatda, həm də beynəlxalq strukturlarda, ilk növbədə KTMT çərçivəsində inkişaf edir”, – deyə Rusiyanın baş qərargah rəisi bildirib.

Valeri Gerasimov Ermənistanı Rusiyanın Cənubi Qafqazdakı müttəfiqi və həlledici tərəfdaşı adlandırıb.

Onik Qasparyan isə Rusiyanın Cənubi Qafqazda strateji müttəfiqi kimi Ermənistana xüsusi əhəmiyyət verdiyini deyib.

Check Also

Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin …