Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Rusiya Ermənistan səmasının onun üçün bağlana biləcəyindən ehtiyat edir

Moskva ehtiyat edir ki, Ermənistanın avrointeqrasiyasının dərinləşməsi onun hava məkanının Rusiya təyyarələri üçün bağlanmasına gətirib çıxara bilər.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun sessiyasında çıxışı zamanı bildirib.

“Rusiyanın hazırda Avropa İttifaqı ilə hava əlaqəsi yoxdur. Avropa İttifaqının hava məkanı Rusiya təyyarələrinin uçuşu üçün bağlıdır. Ermənistan da səmasını bağlayacaq? Əgər Avropa İttifaqına daxil olacaqsa, bəli. Çünki Brüsseldə sizdən tələb olunacaq ki, hava məkanını bağlayın və sizin də seçiminiz olmayacaq” – o bildirib.

A.Overçuk İrəvanı avrointeqrasiyanın bütün incəliklərini daha dərindən tədqiq etməyə çağırıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …